Dünya Bankı: Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq

2025-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsi profisitli olacaq.

Bu barədə Dünya Bankının (DB) proqnozunda bildirilib.

Bankın analitikləri dövlət büdcəsinin profisitinin ÜDM-də çəkisini bu il üzrə 2.0%, 2026-cı il üzrə 0.6%, 2027-ci il üzrə 0.5%, 2028-2029-cu illərdə isə 0.4% olacağını gözləyir.

Bank hesab edir ki, 2025-2029-cu illərdə Azərbaycanın büdcə gəlirləri ÜDM-in 32-34,5%-i, büdcə xərcləri isə 22,8-23,3%-i həcmində olacaq. Başqa sözlə, büdcə gəlirlərinin azalması fonunda büdcə xərclərinin sabit qalması ilə bağlı proqnoz profisitlə bağlı gözləntilərə də təsir edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər