Fuad Nağıyevə şiddətli töhmət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 4 mart 2025-ci il tarixdə Sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilsin” – deyə, sərəncamda qeyd edilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2018-ci il aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.