4 C
Baku
Tuesday, March 4, 2025

Avropa Komissiyası avtomobil istehsalçılarına iki il möhlət verdi

Avtomobil şirkətləri bu il Avropa Komissiyasının CO2 emissiya standartlarına cavab vermədiklərinə görə yüksək məbləğdə cərimə ödəməyəcəklər.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Belə ki, istehsalçılar və ayrı-ayrı dövlətlərin çoxsaylı müraciətlərindən sonra Avropa tənzimləyicisi öz tələblərini yumşaldıb və cərimələrin tətbiqini iki il ləngidib.

Mövcud qaydalara əsasən, hər ilin sonunda avtomobil istehsalçıları Avropa Komissiyasına cari ildə satılan avtomobillərinin orta CO2 emissiyası haqqında hesabat təqdim etməlidir.

Avropanın avtomobil istehsalçıları olan dövlətlər, ilk növbədə, Fransa və Almaniya dəfələrlə emissiya tələblərinin yüngülləşdirilməsini müdafiə ediblər. Onların yanaşmasına görə, emissiya standartlarına çatmağın yolu yalnız elektrikli avtomobil satışının payını əhəmiyyətli dərəcədə artırmaqdan keçir.

Son xəbərlər
Digər xəbərlər