“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 04 aprel 2025-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
Banker.az xəbər verir ki, bu məlumatı “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyət yayıb.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
- “Unibank” Kommersiya Bankı” ASC-nin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
- “Unibank” Kommersiya Bankı” ASC-nin 2024-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.