8 C
Baku
Thursday, March 6, 2025

Türkiyə Mərkəzi Bankı soyuyan qiymətlər fonunda faizləri endirdi

Türkiyənin Mərkəzi Bankı (TCMB) cümə axşamı günü bençmark – bir həfətlik repo faizlərini 250 baza bəndi azaldaraq 42.5%-ə endirdi, bu da gözləntilərə uyğun idi və dekabr ayında başladığı yumşaltma dövrünü davam etdirdi.

Banker.az xəbər verir ki, bu endirimlər inflyasiya azalmağa davam etməsi ilə əlaqələndirilir. 

Dekabr ayında TCMB, 18 aylıq sərtləşdirmə səylərindən sonra ilk dəfə faizləri azaltmışdı. Bu müddət ərzində illərlə davam edən qeyri-ənənəvi siyasət və hökümətin dəstəklədiyi asan pul siyasəti tərsinə çevrilmişdi. 

Yanvar ayında da bank oxşar bir faiz azalması həyata keçirmişdi. 

İllik inflyasiya fevral ayında gözləniləndən daha aşağı səviyyəyə – 39.05%-ə enib. Bu göstərici, ötən ilin may ayında 75%-i aşan pik həddən aşağıdır və Mərkəzi Bankın bir neçə il ərzində 5%-lik hədəfə doğru davamlı eniş gözləntisini gücləndirir. 

Aylıq inflyasiya ötən ay 2.27%-ə qədər soyuyaraq gözləntilərdən aşağı olub, bu da əlavə faiz endirimlərinin yolunu açır. 

İllərlə davam edən yüksək inflyasiyanı cilovlamaq üçün Mərkəzi Bank 2023-cü ilin ortalarından bəri siyasət faizini 4 150 baza bəndi artırmış və səkkiz ay ərzində 50%-də saxlamışdı. Daha sonra isə faiz endirimi mərhələsinə keçid etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər