8 C
Baku
Thursday, March 6, 2025

Slovakiya Kiyevdən Azərbaycan qazının Ukrayna ərazisindən tranzitinə icazə verməsini tələb edir

Slovakiya Prezidenti Peter Pelleqrini ölkənin baş nazirinin Avropa İttifaqı sammitinin yekun sənədinə Ukraynanın öz ərazisindən qaz tranzitini bərpa etməsi çağırışının daxil edilməsi tələbini legitim hesab edir.

O bu sözləri Çexiya, Slovakiya və Avstriya prezidentləri arasında danışıqların keçirildiyi Çexiyanın Slavkov şəhərində mətbuat konfransı zamanı deyib.

“Mən başa düşürəm ki, Slovakiyanın baş naziri (Robert Fitso) sabah qəbul olunacaq qərarlar zamanı Ukraynanın öz mövqeyini yenidən nəzərdən keçirməsini və öz infrastrukturu vasitəsilə Slovakiya və digər ölkələrə, məsələn, Azərbaycandan, o cümlədən digər ölkələr alınan qazın tranzitinə icazə verməsi barədə bəyanatın daxil edilməsini istəyir. Mən bunu Slovakiyanın milli maraqlarının qorunmasının qanuni təzahürü hesab edirəm”, – deyə Slovakiya prezidenti qeyd edib.

P.Pelleqrininin sözlərinə görə, Ukrayna bu zamana qədər əldə etdiyi köməklərə üçün minnətdarlığını nümayiş etdirəcək bir jest edə bilər.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər