25 C
Baku
Sunday, October 6, 2024

“Mea-Risk”: Neftin qiyməti bu ilin ikinci rübündə 60 dolları ötə bilər

Mərkəzi ofisi ABŞ-da yerləşən “Mea-Risk” Araşdırma Qurumu xam neftin barrel qiymətinin bu ilin ikinci rübündə 60 dollaradək bahalaşacağı qənaətindədir.

Bu barədə qurumun rəhbər müavini Cyril Vidderşoven məlumat verib. O deyib: “Bazarda optimist hava var. İstehsalçı ölkələrin mövqeyi, İran və Rusiyanın təklifə qatqısının nəzərdə tutulandan az olması proqnozu ilə neftin qiyməti bu ilin ikinci rübündə 60 dolları ötə bilər. Xüsusilə də hasilatı yanvar ayı səviyyəsində “dondurmaq” qərarı icra olunarsa “qara qızıl”ın qiyməti tez bir zamanda 45-50 dollara, sonra isə 60 dollaradək bahalaşa bilər”.

Azertag

Son xəbərlər
Digər xəbərlər