24 C
Baku
Wednesday, October 2, 2024

“WhatsApp” istifadəçilərinə daha bir yenilik

“Facebook”un “WhatsApp” messenceri öz istifadəçilərinin məlumatlarını qorumaq üçün üçün şifrələmə tətbiq edib.

Bu barədə xidmətin yaradıcıları Yan Kum və Brayan Ekton şirkətin bloqunda məlumat veriblər. “İstifadəçilərin məlumatlarının və kommunikasiyalarının təhlükəsizliyi hər zaman “WhatsApp” üçün prioritet olub. Biz elan etməyə şadıq ki, “WhatsApp”ı sizin özəl yazışmalarınızın müdafiəsində lider mövqeyinə çıxaran texnologiyanın hazırlanmasını başa çatdırmışıq”, – deyə Y. Kum və B. Ekton bildiriblər.

Bundan sonra yazışmaları üçüncü şəxslərin görməsi və zənglərin dinlənilməsi mümkün olmayacaq. Söhbət elə bir müdafiə üsulundan gedir ki, yazışmalar, səsli mesajlar, mətnlər, foto və videolar, istənilən digər informasiyalar yalnız onu göndərən və alan şəxs tərəfindən oxuna bilər. Üçüncü şəxslərin – kibercinayətkarın, hakerin, hakimiyyət orqanlarının, hətta “WhatsApp” əməkdaşlarının bu bilgiləri əldə etməsi mümkün olmayacaq.

İstifadəçilər “WhatsApp”ın son versiyasını yükləyərək yeni müdafiə mexanizminə malik ola bilər. Şifrələmə qrup çatlarına da şamil olunur.

Qeyd edək ki, “WhatsApp”ın 1 milyarddan çox istifadəçisi var.

Lent.az

Son xəbərlər
Digər xəbərlər