12 C
Baku
Wednesday, March 12, 2025

“Azərsun”un zavodunun nizamnamə kapitalı

“Azərsun Holdinq” MMC-nin törəmə şirkəti “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-nin (AKKİK) nizamnamə kapitalı 103 milyon manata qaldırılıb.

Banker.az xəbər verir ki, bununla şirkətə əlavə 66.96 milyon manat və ya 185.8% artırılıb.

Buna qədər şirkətin 36.03 milyon manat nizamnamə kapitalı vardı.

AKKİK 2007-ci ildə təsis edilib və şirkətin əsasən ölkə ərazisində kağız tullantıların toplanması, toplanan tullantı kağızlardan karton istehsalında xammal olan kağız rulonlar, müxtəlif çeşiddə və növdə 2,3,4,5 qatlı büzməli karton qablaşdırma məhsulları, müxtəlif çeşiddə etiketlər, kağız yumurta kasetlər, Ofset kağız-karton qablaşdırma məhsulları, müxtəlif ölçü və çeşiddə künclüklər, müxtəlif cür kağız dəsmallar, nəm kağız dəsmallar, tualet kağızları və s. istehsal edir.

Son xəbərlər
Digər xəbərlər