21 C
Baku
Saturday, April 26, 2025

İcbari avto-sığortada ən çox PAŞA Sığortadan şikayət var – Mərkəzi Bankdan hesabat

Azərbaycanda Mart 2024 – fevral 2025 dövrü üçün icbari avto-sığorta üzrə şikayət indeksinə dair hesabat açıqlanıb.

Banker.az xəbər Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığorta şirkətləri arasında ən yüksək şikayət indeksi “Paşa Sığorta” ASC-yə məxsusdur. İndeks 1.3 bənd təşkil etməklə yüksək şikauət indeksi zonasına daxil olub.

AMB tərəfindən “qırmızı zona” kimi qiymətləndirilən bu zonada hazırda “PAŞA Sığorta” ASC tək qalıb. İkinci sırada isə 1.15 bənd ilə “Atəşgah” Sığorta Şirkəti dayanır. Ən aşağı indeks isə “Qala Sığorta” ASC-yə məxsusdur.

“PAŞA Sığorta” keçən ilin sonrlarından “qırmızı zonaya” daxil olub. Buna qədər üst pillə “Xalq Sığorta” ASC-də idi. “Xalq Sığorta” hazırda orta şikayət zonası -“sarıya” qədər irəliləməyi bacarıb.

İcbari avto-sığorta şikayət indeksi vətəndaşların müxtəlif sığorta xidmətlərini seçərkən qərar verməsinə dəstək olmaq məqsədilə hesablanır və yayımlanır. Bu indeks beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanır və avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan şirkətlərin daxil olan şikayətləri nəzərə alınır.

Hesablama zamanı müvafiq sığortaçı üzrə şikayətlərin ümumi sayı müqavilələrin ümumi sayına bölünərək nəticə əldə olunur. Şikayət indeksinin 1.00-dan yuxarı olması mənfi, 1.00-dan aşağı olması isə müsbət qiymətləndirilir.

222

Son xəbərlər
Digər xəbərlər