7 C
Baku
Wednesday, March 12, 2025

SİF yaxın gələcəkdə sığorta təminatına dair məhsul buraxmayacaq

Sahibkarlığın İnkişafı Fondu (SİF) yaxın gələcəkdə sığorta təminatına dair məhsul buraxılması planlaşdırılmır.

Bunu SİF-in nümayəndəsi Rüstəm Əliyev “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.

“Fond zəmanət məsələsində operator rolunda çıxış edir, layihələrin təhlil olunması və bu proseslərin icra edilməsini həyata keçirir. Riskin bölüşdürülməsinə gəlincə, kredit məbləğinin 90%-nə dövlət zəmanəti verilir. Yəni, burada risk tam olaraq 100% bölüşdürülmür. Daha dəqiq desək, riskin 90%-i dövlətin, 10%-i isə bankın üzərinə düşür. Bununla riskin bölüşdürülməsi prosesi baş verir. Yənu fondun əsas fəaliyyət istiqaməti zəmanətlərin verilməsi deyil”, – o qeyd edib.

Onun sözlərinə görə, SİF yalnız nizamnaməsinə əsasən xüsusi hallarda dövlət zəmanəti və subsidiya mexanizmini işə salır: “Fond yalnız xüsusi hallarda, Prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarı ilə bu məhsulu işə sala bilər. Biz bunun təcrübəsini COVID-19 dövründə yaşadıq. Həmin dövrdə çox uğurlu bir təcrübə oldu, banklar bizim təqdim etdiyimiz zəmanət məhsulundan aktiv şəkildə istifadə etdilər. Bundan başqa, Prezident İlham Əliyevin fərmanı ilə işğaldan azad olunmuş ərazilərə xüsusi dövlət zəmanətinin verilməsi nəzərdə tutulmuşdur. Fondun yaxın gələcəkdə sığorta təminatı ilə bağlı məhsul buraxması planlaşdırılmır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər