2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cəmi 5347.2 mln. manat vəsait xərclənilib.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, ümumilikdə 2021-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə 17,6 mlrd. manat vəsait yönəldilib və 2025-ci ilin dövlət büdcəsində 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.