“BOA Agency” ASC-nın səhmdarların ümumi yığıncağının 15.04.2025-ci il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) növbədənkənar iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü ilin illik maliyyə nəticələrinin müzakirəsi.
2. Dividentlərin verilməsi məsələsinə baxılması.
3. ASC “Xalq” Bankında bərpa olunan kredit xəttinin açılması.
4. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə edə bilərsiniz