19 C
Baku
Monday, March 17, 2025

PASHA Bank Georgia illik hesabatları açıqladı – Bankın artım tempi Gürcüstan Bank sektorunun artımını üstələyir

“PASHA Holding” MMC-nin Gürcüstandakı törəmə bankı “PASHA Bank Georgia” SC 2024-cü ildə 8.29 milyon Gürcü larisi (hesabat tarixinə ~2.80 ABŞ dolları) həcmində xalis mənfəət əldə edib.

Banker.az bu barədə bankın “E&Y” audit şirkəti tərəfindən tərtib etdiyi müstəqil audit hesabatına istinadən xəbər verir.

Bu da illik müqayisədə xalis mənfəətin 5 dəfəyə yaxın artımı deməkdir. Halbuki Bank 2023-cü ildə 1.7 mln. lari xalis mənfəət əldə etmişdi.

“PASHA Bank Georgia” keçən il ümumilikdə 49.19 mln. lari faiz gəliri əldə edib və bankın xalis faiz gəlirlərinin həcmi  23.67 mln. lari olub. Törəmə bankın ötən il uğur qazandığı mövqelərdən biri də onun dilinqdə (məzənnə fərqi üzrə) qeydə alınan 15.39 mln. larilik mənfəətidir. Bu, öncəki ildən 2 dəfədən çoxdur. Bank qeyri-faiz əməliyyatlarında gəlirlərini nəzərə çarpacaq həcmdə yüksəldərək 11.92 mln. laridən 14.89 mln. lariyə qaldırıb.

Bankın əməliyyat xərcləri ötən il gəlirlərlə müqayisədə daha çox azalıb. Bank optimallaşmadan 6 mln. lariyə qədər faydalana bilib və bu xərclər son iki ildə 40.37 mln. laridən 34.69 mln. lariyə qədər azalıb.

BANK KƏSKİN BÖYÜYÜR…

“PASHA Bank Georgia”nın keçən il aktivləri 33 faiz artımla 706.93 mln. lariyə çatıb. Bu artım əsasən müştərilərə verilən kreditlər və kredit təşkilatlarından daxil olan məbləğlərin artması ilə bağlıdır.

Yeri gəlmişkən, “PASHA Bank Georgia” 33 faiz artımla keçən il cəmi 19% artım göstərən Gürcüstanın bank sektorunun dinamikasını xeyli üstələyir. Gürcüstanda iqtisadi artım dinamikası 5%, illik inflyasiya isə 1.9 faiz olub.

Müştərilərə verilən kreditlər 2023-cü ildə 336.11 milyon lari ikən, 2024-cü ildə 351.50 milyon lariyə qədər artaraq 4.6 faiz artım göstərib. Kredit portfelinin strukturuna diqqət yetirdikdə, korporativ kreditlər illik 31 faiz artımla 192.2 milyon lari, kommersiya kreditləri 25 faiz artımla 169.4 milyon lari artim görünür.

Kredit təşkilatlarından daxil olan məbləğlər hesabat ilində 3 dəfə artaraq 121.55 milyon lariyə, investisiya qiymətli kağızları isə 24 faiz artımla 81.07 milyon lariyə yüksəlib.

Bankın ümumi öhdəlikləri 2023-cü ildə 420.06 milyon lari ikən, 2024-cü ildə 586.32 milyon lariyə qədər yüksələrək 39.6 faiz artım göstərib. Əsas artım kredit təşkilatlarına və müştərilərə olan öhdəliklərin artması ilə bağlıdır. Kredit təşkilatlarına olan öhdəlikləri illik 64.9 faiz artımla 148.70 milyon lariyə, müştərilərə olan öhdəlikləri 36.4 faiz artımla 394.29 milyon lariyə çatıb.

Son xəbərlər
Digər xəbərlər