15 C
Baku
Monday, March 17, 2025

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin törəmə şirkəti ləğv olunur

“ADTM” Tərcümə Agentliyi MMC ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1033 Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, MMC-nin nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Rüstəm Məmmədovdur.

Agentlik – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Sərəncamına uyğun olaraq, ölkənin dil və tərcümə sahəsinin tənzimlənməsi və təkmilləşdirilməsi istiqamətində dövlət siyasətini həyata keçirən Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər