20 C
Baku
Tuesday, March 18, 2025

“Goldman Sachs” ABŞ iqtisadiyyatının yavaşlaması fonunda neftin qiymət proqnozunu azaldıb

Amerikanın Goldman Sachs (GS) investisiya bankının analitikləri bu il neftin qiyməti ilə bağlı öz proqnozlarını 5 dollar azaldaraq, bir barel üçün 71 dollara endiriblər. Göstərilən səbəb Donald Trampın tarif siyasəti səbəbindən ABŞ iqtisadiyyatındakı yavaşlamadır. Bu, ABŞ-da və nəticədə dünya bazarında neftə tələbatın azalmasına gətirib çıxaracaq. Eyni zamanda, “Goldman Sachs” qeyd edir ki, OPEC+ ölkələri bu il hasilatı artırmaq niyyətindədirlər ki, bu da dünya bazarında neft tədarükünün həcmini daha da artıracaq.

“Biz ortamüddətli perspektivdə tariflərin davam edən eskalasiyası və hasilatın artması ilə bağlı risklərin qalacağına inanırıq. Buna görə də, 2025-ci ilin dekabr ayı üçün neft proqnozumuzu bir barel üçün 5 dollar azaldıb 71 dollara endiririk”, – investisiya bankının analitiklərinin açıqlamasında deyilir.

“Goldman Sachs”ın hesablamalarına görə, gələn ilin yanvarında neftə tələbat sutkada 900 min barel artacaq ki, bu da əvvəllər gözlənilən artımdan 18% azdır. Bankın analitikləri gələn il “Brent” neftinin qiymətinin 65-80 dollar/barel arasında dəyişəcəyini, orta qiymətin isə 68 dollar/barel civarında olacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər