12 C
Baku
Wednesday, March 19, 2025

“MFX-Trading” İnvestisiya Şirkətinin direktoru dəyişdirildi

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin direktoru dəyişdirilir.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağı Zahir Abdullayev Dunyamalı oğlu direktor vəzifəsindən azad edilib.

Onu bu vəzifədə Aytən Həsənbəyova Həmdulla qızı əvəzləyib. Lakin, bu vəzifəni müvəqqəti icra edəcək.

Zahir Abdullayev şirkət yarandığı gündən ona rəhbərlik edirdi.

Xatırladaq ki, “MFX-Trading İ.Ş.” ASC 2020-ci ildə təsis edilib. Hazırda 1 110 000 manat nizamnamə kapitalının 100% payçısı Samir Xəlilov Əlövsət oğludur. S.Xəlilov 2024-cü ildən etibarən əsas səhmdar olub. Buna qədər investisiya şirkətinin səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) adlı fiziki şəxslər idi. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi.

Son xəbərlər
Digər xəbərlər