8 C
Baku
Wednesday, March 19, 2025

Hakimlər haqqında intizam icraatlarının başlanılması ilə bağlı qərarlar verilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat verib.

İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə məlumat təqdim edib.

Sonra müsabiqəni uğurla başa vurmuş 38 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Daha sonra cari məsələlərə, o cümlədən hakimlər haqqında intizam icraatlarının başlanılması məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər