19 C
Baku
Monday, April 7, 2025

Bitcoin-ə sığınan Maykl Saylor “gizlənməyə” başlayıb

Hazırda dünyanın ən populyar kriptovalyutası Bitcoinin qiyməti 76 min dollar civarındadır.

Banker.az xəbər verir ki, son məlumata görə (30 mart tarixinə), “Micron Strategy” şirkəti 528 185 BTC-yə sahibdir ki, bu da hazırkı dövriyyənin təxminən 2,6%-nə bərabərdir. 2020-ci ildən bəri şirkət ümumilikdə 33,63 milyard dollar xərcləyərək bitkoin alıb və orta alış qiyməti 1 BTC üçün 67 458 dollar təşkil edir.

Bu alışlar əsasən konvertasiya edilə bilən istiqrazların buraxılması ilə maliyyələşdirilir. İnvestorlar bu istiqrazları aşağı və ya sıfır kuponla alırlar və gələcəkdə MSTR səhmlərinə yüksək premyayla dəyişəcəklərinə ümid edirlər. Strategy şirkəti bu yolla əldə etdiyi vəsaiti yeni bitkoin alışlarına yönəldir. Bu sxem bitkoin qiyməti artdığı zaman effektiv olur, çünki həm kriptovalyutanın dəyərinin artması, həm də səhmlərə tələbin yüksəlməsi kapitalın böyüməsinə imkan verir. Lakin qiymətin kəskin düşməsi halında istiqrazlara maraq zəifləyə bilər ki, bu da yeni emissiyaların yerləşdirilməsini çətinləşdirəcək.

Əvvəllər Saylor X-də tez-tez yeni alışlara işarə edən paylaşımlar edirdi və bildirirdi ki, şirkətin alış qrafikində “daha bir nöqtə çatmır”. Bu adətən bazar ertəsi hesabat dərc olunmazdan əvvəlki həftəsonlarında baş verirdi. Bu həftəsonu isə belə bir paylaşım olmayıb.

Maliyyə analitiki və bitkoinin köhnə tənqidçilərindən biri olan Peter Şiff “Strategy” şirkətinin qurucusu Maykl Saylora istehzalı şəkildə tövsiyə edib ki, şirkətin orta alış qiymətindən aşağı düşməməsi üçün “borcla dolu yük maşını” gətirsin.

“Əgər qiymətin şirkət üçün orta səviyyə olan 68 min dollardan aşağı düşməsini istəmirsənsə, yaxşısı budur, bu gün borcla dolu yük maşınını gətir və hər şeyini ortaya qoy,” — deyə o, X platformasında yazıb.

Son xəbərlər
Digər xəbərlər