Barings bankının tarixçəsi utanc verici maliyyə iflası üçün ən ideal nümunədir. Birja brokeri Nik Lizon Sinqapur valyuta birjası (Simex) və Osaki birjasında aşağı riskli arbitraj əməliyyatları ilə məşğul olmalı idi. O demək olar ki, daha riskli əməliyyatlarla – hər iki birjada müxtəlif tipli müqavilələrin alınıb satılması ilə məşğul olurdu. Rəhbərliyin səhlənkarlığı sayəsində Lizon həm alqı-satqı prosesini, həm də yardımçı ofisi idarə edirdi.
Zərərlər artdıqda, Lizon faiz dərəcələrini artırdı. Yaponiyada isə zəlzələ baş verdikdə Nikkei indeksi dağıldı, zərərlər maksimal həddə çatdı və büdcə kəsri 1 milyard dolları keçdi. Bu bank üçün çox böyük məbləğ idi. 1995-ci ilin mart ayında bank Hollandiya bank ING tərəfindən cəmi 1 funt sterlinqə alındı.
Barings bankı İngiltərənin ən qədim və uğurlu bankı kimi məşhur idi. Lakin 1995-ci ilin fevral ayında 900 milyon dollar kapitala sahib bank icazəsiz ticarətə görə 1 milyard dollar zərərlə üzləşdi.
1993-cü ildə Nik Lizon Barings bankın Sinqapurdakı fyuçer filialına baş menecer təyin edilir. O bu vəzifədə olarkən öz gizli əməliyyatlarını, yardımçı ofisi idarə etdiyini və ticarətlə məşğul olduğunu gizlədə bildi. Barings bankının baş menecerləri ticarət şirkətləri ilə işləmək təcrübəsinə sahib idilər və fond birjası haqqında az məlumata sahib idilər. Yüksək gəlirlər rəhbərlikdə o fikri yaratmalı idi ki, Lizon Sinqapur valyuta birjası və Osaki birjasında bərabər dəyərli aktivlərlə məşğul olur və aşağı riskli əməliyyatlardan mənfəət əldə edir.
Lizon xüsusi olaraq öz mənfəətini və zərərləri saxlamaq üçün 88888 nömrəli gizli hesab yaradır. Lakin Yaponiyada zəlzələ zamanı Nikkei 225 indeksinin qəfil dağılması ilə Lizon böyük itki ilə üzləşir və onun bütün fırıldaqçılıq əməllərinin üstü açılır. 3 mart 1995-ci ildə isə ING bank Barings bankı 1 funt sterlinqə alaraq 223 yaşlı bankın tarixinə son qoyur. Qeyd edək ki, bu bank vaxtilə Luiziana ştatının alınması üçün ABŞ-a köməklik etmişdi.