15 C
Baku
Monday, April 28, 2025

İcmal büdcəyə daxil olan əksər büdcədənkənar fondlar 2024-cü ilin auditləri ilə əhatə edilib

2024-cü ilin iş planına əsasən keçirilmiş auditlərlə icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 mlrd. manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminatı Fondunun 2023-cü ilin büdcələri, qeyri-büdcə vəsaiti üzrə isə 2022-2024-cü illər üzrə 1,0 mlrd. manat əhatə edilib.

Bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər