10 C
Baku
Sunday, April 20, 2025

ÜTT rəhbəri: ABŞ-Çin ticarət müharibəsi dünyanı tənəzzülə sürükləyə bilər

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala bildirib ki, ABŞ və Çin ticarət müharibəsi davam etdirilərsə, qlobal ÜDM uzunmüddətli perspektivdə 7% azalacaq. Xanım Okonjo-İveala əlavə ki, qarşıdurma dünyanı iki ticarət blokuna ayıra bilər, ölkələr kiminlə ticarət edəcəyini seçmək məcburiyyətində qalacaq.

“Ümumdünya ticarət perspektivləri və statistikası” hesabatında ÜTT iqtisadçıları qlobal ÜDM-in artımı ilə bağlı proqnozlarını 0,6 faiz bəndi azaldaraq 2025-ci ildə 2,2%-ə endiriblər. Ekspertlər 2026-cı ilə qədər artımın 2,4%-ə qədər bərpa olunacağını gözləyirlər.

Xatırladaq ki, ilkin olaraq, rüsumların tətbiqindən əvvəl ekspertlər iqtisadiyyatın 2025-ci ildə 2,8%, 2026-cı ildə isə 2,6% artacağını proqnozlaşdırırdılar.

ABŞ Çin mallarına rüsumları 145% artırıb. Çinin ABŞ ixracına tətbiq etdiyi tariflər 125% təşkil edir. “Reuters” yazır ki, Çin hakimiyyəti digər ölkələri ABŞ-nin tariflərinə qarşı çıxmağa təşviq etməyə çalışır.

Son xəbərlər
Digər xəbərlər