19 C
Baku
Saturday, May 24, 2025

Azərbaycana avtomobil idxalı artıb – 3 ayda 400 milyon dollarlıq avtomobillər gətirilib

2025-ci ilin yanvar-mart ayında Azərbaycan 400 milyon 252 min dollar dəyərində 22 936 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 11%, miqdar ifadəsilə 17.2% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-mart ayında isə Azərbaycana 361 milyon 23 min dollar dəyərində 19 571 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 3 ayında Azərbaycana minik avtomobillərinin idxalı 20 946 ədəd ikən, əvvəlki ildə 17 610 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 19% artıb.

Son xəbərlər
Digər xəbərlər