14 C
Baku
Saturday, April 26, 2025

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı 24% kiçilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 28 milyon 171 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% azdır. 2024-cü ilin 3 ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 36 milyon 893 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 49% artaraq 832 min manat olub.

Son xəbərlər
Digər xəbərlər