“PAŞA Həyat” ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsindən ayrılıb.
Banker.az-ın məlumatına görə, İbrahim Hüseynqulu oğlu İbrahimov “PAŞA Həyat” ASC-də İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən ayrılıb. O, 2017-ci ildən bu vəzifəni icra edirdi.
Məlumat üçün bildirək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə “PAŞA Holdinq” MMC-yə məxsusdur.