11 C
Baku
Monday, April 28, 2025

Azərbaycanda süni intellekt strategiyası çərçivəsində 15 layihə icra ediləcək

Azərbaycanda müxtəlif dövlət qurumları ilə birgə məlumat bazalarında mövcud olan kirliliyin və məlumat uyğunsuzluqlarının aradan qaldırılması məqsədilə layihələr icra olunur.

Bunu Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov deyib.

O qeyd edib ki, bu addımlar növbəti mərhələlərdə innovasiya və süni intellekt texnologiyalarının tətbiqi üçün möhkəm zəmin yaradır:

“Azərbaycanda süni intellekt sahəsinin inkişafı üçün 2025–2028-ci illəri əhatə edən süni intellekt strategiyası qəbul edilib. Strategiya özündə bir sıra məqamları əhatə edir, 15 müxtəlif layihələrin icrası nəzərdə tutulur”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər