ABŞ prezidenti Donald Tramp avtomobil istehsalçılarını bəzi tariflərdən azad etməyi planlaşdırır, “The Wall Street Journal” məlumat yayıb. ABŞ administrasiyası həmçinin avtomobil hissələrinə tarifləri yenidən nəzərdən keçirəcək.
“WSJ”ə görə, ABŞ-dən avtomobil idxalına görə 25% rüsum ödəyən avtomobil istehsalçıları (3 aprel 2025-ci il tarixindən etibarən) polad və alüminium kimi digər tariflərə tabe olmayacaq. Eyni zamanda, əgər avtomobil istehsalçısı artıq rüsum ödəyibsə, o, kompensasiya tələb edə bilər.
Aprelin 2-də Tramp 185 ölkə məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.