Milli Depozit Mərkəzi (MDM) yeni bank modulu tətbiq etməyi və hesablaşma agenti kimi fəaliyyət göstərməyi planlaşdırır.
Bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev Bakıda keçirilən “Depozitarın ekosistemdə rolu” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, MDM-in “2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”nda nəzərdə tutulan 6 hədəfdən 2-si ötən il icra edib: “Bunlar konsultasiya və elektron səsvermə (E-vote) xidmətləridir. MDM həmçinin hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır. Hazırda kapital bazarında banklar hesablaşma agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən yeni bank modulunun tətbiq edilməsi və hesablaşma agenti funksiyasını MDM-in icra etməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu yeni bank modulunda əks olunacaq”, – deyə o qeyd edib.