11 C
Baku
Thursday, May 1, 2025

“Meta” öz AI tətbiqini təqdim edib

Mark Zukerberqin “Meta” korporasiyası öz süni intellekt (AI) tətbiqini işə saldığını elan edib. “Meta AI sizi tanımaq üçün yaradılıb, ona görə də onun cavabları daha faydalıdır. O, daha sosial xarakter daşıyır və sizi maraqlandıran şeyləri sizə göstərə bilər”, – mesajda deyilir.

Tətbiq “Llama 4” dili əsasında yaradılıb. O, səs köməkçisi və fotoların redaktəsi daxil olmaqla bir çox funksiyalara malikdir. Süni intellekt xidməti bütün sosial şəbəkələrdə və “Meta”, həmçinin “Ray Ban” smart eynəklərində mövcuddur. Tətbiq hazırda yalnız ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı istifadəçilər üçün əlçatandır.

Son xəbərlər
Digər xəbərlər