14 C
Baku
Thursday, May 1, 2025

“Novochem Azerbaijan” şirkəti “Gemza Group”a qoşulur

“Gemza Group” Məhdud Məsuliyyətli Cəmiyyəti “Novochem-Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Banker.az xəbər verir ki, “Gemza Group” Məhdud Məsuliyyətli Cəmiyyəti “Novochem-Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir.

Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, “Novochem-Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri “Gemza Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.

Son xəbərlər
Digər xəbərlər