Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın (“Mars Overseas Baku LTD” MMC) nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, şirkətin kapitalı 2.95 milyon manat və ya 4.2% artırılaraq 72.89 milyon manata qaldırılıb.
Xatırladaq ki, “Mars Overseas” fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.