19.2 C
Baku
Sunday, May 18, 2025

“Coinbase” kiberhücümü ört-basdır etmək üçün hakerlərə $20 milyon ödəməkdən imtina edib

“Coinbase” kriptovalyuta birjası kiberhücumun ört-basdır edilməsi üçün hakerlərə 20 milyon dollar ödəməkdən imtina edib. Xatırladaq ki, 15 may 2025-ci ildə “Coinbase” fırıldaqçıların aktiv istifadəçilərin 1%-dən az məlumatlarına giriş əldə etməsi ilə nəticələnən kiberhücum barədə məlumat verib.

Şirkətin məlumatına görə, kibercinayətkarlar bir neçə xarici yardımçı heyətə rüşvət veriblər. Parollar, şəxsi açarlar, müştəri vəsaitləri və “Coinbase Prime” hesabları zərər çəkməyib.

“Coinbase” hadisəni ört-basdır etmək üçün 20 milyon dollar ödəməkdən imtina edib. Əvəzində məsul şəxslərin tapılmasına və mühakimə olunmasına kömək edəcək məlumat üçün mükafat pulu ayırıb.

Şirkətin özündə yüksək riskli əməliyyatlar üçün əlavə yoxlama tədbirləri tətbiq edilib. “Coinbase” zərər çəkmiş müştərilərə kompensasiya vəd edib.

Son xəbərlər
Digər xəbərlər