20.8 C
Baku
Tuesday, May 20, 2025

4 ayda Azərbaycana 34 min ədədə yaxın avtomobil gətirilib – 616 milyon dollarlıq idxal

2025-ci ilin yanvar-aprel ayında Azərbaycan 616 milyon 138 min dollar dəyərində 33 767 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 23%, miqdar ifadəsilə 21.3% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-aprel ayında isə Azərbaycana 502 milyon 621 min dollar dəyərində 27 838 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 4 ayında Azərbaycana minik avtomobillərinin idxalı 30 814 ədəd ikən, əvvəlki ildə 25 003 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 23% artıb.

Son xəbərlər
Digər xəbərlər