19.2 C
Baku
Tuesday, May 20, 2025

Çin Xalq Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı salır

Bu gün, mayın 20-də Çin Xalq Bankı ölkə iqtisadiyyatının stimullaşdırılması tədbirləri çərçivəsində əsas faiz dərəcələrini aşağı salıb. Bildirilir ki, tənzimləyici illik kreditlər üzrə dərəcəni 10 baza bəndi — 3.1%-dən 3%-ə qədər, beş illik kreditlər üzrə dərəcəni 10 baza bəndi — 3.6%-dən 3.5%-ə qədər azaldıb. Bu, Çin Xalq Bankının ötən ilin oktyabr ayından bəri ilk endirmələri olub.

“Reuters”in müsahibə götürdüyü ekspertlər və bazar iştirakçıları ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Çin tənzimləyicisindən belə tədbirlər gözləyirdilər. Təkcə Çin Xalq Bankı deyil, ölkənin digər böyük bankları da faiz dərəcələrini aşağı salmağa məcburdurlar. Belə ki, “Industrial and Commercial Bank of China”, “China Construction Bank” və “Bank of China” bəzi əmanət növləri üzrə dərəcələri 5-25 baza bəndi azaldıb.

Bir çox iqtisadçı hesab edir ki, Çin rəhbərliyi cari ilin sonuna kimi ÜDM-in 5% artım hədəfinə çatmaq istəyirsə, iqtisadiyyatı stimullaşdırmaq üçün tədbirlər həyata keçirməyə davam etməli olacaq. “Biz hesab edirik ki, 5% artım hədəfinə nail olmaq vəzifəsi Pekin üçün hələ də kifayət qədər çətin məsələdir. Əhəmiyyətli iqtisadi stimullaşdırma tədbirləri olmadan bu məqsədə nail olmaq çətin olacaq”, – deyə “Reuters” agentliyi Çinin baş iqtisadi analitiki Tinq Liuya istinadən yazıb.

Son xəbərlər
Digər xəbərlər