Azərbaycan qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining PLC” 2024-cü ildə gəlirləri $39.6 milyon təşkil etməklə öncəki ildə qeydə alınan $45.9 milyon manatdan 14% azdır.
Banker.az şirkətin hesabatına istinadən xəbər verir ki, bu azalma istehsalın aşağı düşməsi ilə bağlıdır. Bununla belə, metal qiymətlərinin güclənməsi bu azalməni qismən kompensasiya edib. 2024-cü il ərzində əsasən aqitasiya ilə süzülmə və flotasiya emalı dayandırıldığı bildirilir.
Emal olunan qızıl filizinin tərkibindəki qiymətli metal faizi aşağı olub, çünki hasilat yalnız istismar müddətinin sonuna yaxın olan Gedəbəy açıq mədəni və “Qadir” yeraltı mədənində aparılıb.
Mədən şirkətinin vergiyə qədərki zərəri $21.3 milyon olub. Halbuki, 2023-cü ildə $32 milyon zərəri vardı. Hesabatdan məlum olur ki, əməliyyat zərəri isə $18.8 milyon təşkil edib (2023: $24.8 milyon zərər). Bu, əsasən xərclərə ciddi nəzarət və əvvəlki ildəki iki böyük aktivin dəyərinin silinməsi ilə əlaqədardır.
1 yanvar 2025-ci il tarixinə xalis borc (icarə öhdəlikləri istisna olmaqla) cəmi $4.4 milyon artaraq $14.7 milyon olub. Bu da il ərzində xərclərə nəzarət və işçi kapitalının idarə olunması ilə mümkün olmuşdur.
İşçi kapitalında dəyişikliklərdən əvvəl əməliyyat pul çıxışı $6.6 milyon təşkil edib.
Ümumi istehsal 16 760 qızıl ekvivalent unsiya (“GEO”) olub və bu da 15 000–19 500 GEO istiqamətində verilmiş proqnozla uyğun gəlirdir. 2023-cü ildə bu rəqəm 31,821 GEO idi.
Satılmış qızıl külçəsi 15,251 unsiya təşkil etməklə (2023: 15 822 unsiya), orta satış qiyməti isə $2 432 olub. Yeri gəlmişkən qızıl keçən ildən bahalaşmağa başlayıb. Mədən şirkəti öncəki ildə qızılın bir unsiyasını $1 951-ə satmışdı.
1,519 ton mis konsentratı ixrac olunmuş və satış dəyəri $2.5 milyon olub. Burada Azərbaycan hökumətinə düşən pay istisnadır. 2023-cü ildə 11 192 ton və $15.8 milyon satış dəyərində olmuşdu.
Hesabatda əlavə edilir ki, “Xarxar” və “Qaradağ” yataqları üzrə hazırda ümumi standartlı ehtiyatları 328 000 unsiya qızıl və 1 milyon tondan artıq mis təşkil edir.
“2024-cü ildə bir sıra çətinliklərə baxmayaraq, “Anglo Asian” istehsalın proqnoza uyğun olması və Gedəbəy aqitasiya ilə süzülmə və flotasiya emal əməliyyatlarının müvəqqəti dayandırılmasına baxmayaraq xalis borcun cəmi $4.4 milyon artaraq $14.7 milyona çatması ilə möhkəm fəaliyyət göstərdi”- deyə, Reza Vaziri, şirkətinin baş direktoru bildirib.
Şirkət rəhbəri əlavə edir ki, 2025-ci ilə güclü başlanğıc etdiyimizə şaddır – birinci rübdə 8,085 qızıl ekvivalent unsiyası hasil olunmuşdur və inkişaf portfellərinə də əhəmiyyətli irəliləyişlər əldə ediblər. “Bu irəliləyişlər nəticəsində Gilar mədəni may ayında hasilata başlamış və Dəmirli 2025-ci ilin ikinci yarısında hasilata başlayacaq. Qaradağ və Xarxar üzrə işləri davam etdiririk”.