Dubay geymer və ya oyunçu vizalarını işə salır. Söhbət 2033-cü il oyun sektorunun (DPG 2033) genişmiqyaslı inkişaf proqramının bir hissəsi olan 10 illik “qızıl vizalardan” gedir. İştirak şərtləri aşağıdakı kimidir:
- Yaş həddi 25-dən yuxarı.
- Oyun sənayesində təcrübə.
- Sənədlərin şəxsi qaydada təqdim edilməsi.
Tələb olunan sənədlərin siyahısına portfel, müşayiət məktubu və təsdiqedici sertifikatlar daxildir. Həm oyunçuların özləri, həm də oyun məzmunu yaradanlar (şirkətlərin top-menecerləri, dizaynerlər, proqramçılar və s.) belə vizalara müraciət edə biləcəklər.
Məlumata görə, oyunçu vizasına müraciət etmək üçün dubaigaming.gov.ae saytında sorğu yaratmaq, növbəti mərhələdə isə “Dubai Culture” tərəfindən namizədliyin təsdiqini almaq lazımdır.