20 C
Baku
Sunday, June 8, 2025

“MFX-Trading İnvestisiya Şirkəti”nin rəhbərliyində təyinat olub

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Baxış Məlikov Məmmədəli oğlu Müşahidə Şurasının üzvü seçilib.

Bununla da, Müşahidə Şurasında bir sədr iki üzvdən ibarət olacaq.

Xatırladaq ki, “MFX-Trading İ.Ş.” ASC 2020-ci ildə təsis edilib. Hazırda 1 110 000 manat nizamnamə kapitalının 100% payçısı Samir Xəlilov Əlövsət oğludur. S.Xəlilov 2024-cü ildən etibarən əsas səhmdar olub. Buna qədər investisiya şirkətinin səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) adlı fiziki şəxslər idi. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi.

 

Son xəbərlər
Digər xəbərlər