30 C
Baku
Sunday, June 1, 2025

“Kredex” BOKT-un ötən il mənfəəti artıb

BOKT “KREDEX” QSC 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə isə BOKT 723 min manat xalis mənfəət edib ki, bu da illik müqayisədə 79.5% artımdır.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kredex” BOKT-un faiz gəlirləri 70% artaraq 3 milyon 348 min manat, faiz xərcləri 2 dəfə artaraq 845 min manat olub.

31 dekabr 2024-cü il tarixinə “Kredex” BOKT-un cəmi aktivləri 12 milyon 244 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 81% artım deməkdir. Bunun 11 milyon 987 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 81% böyüyüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 10 milyon 646 min manat, cəmi kapitalı isə 1 milyon 598 min manat təşkil edib.

Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb və nizamnamə kapitalı 300 min manatdır.

Son xəbərlər
Digər xəbərlər