İnkişaf etməkdə olan bazarlar indeksi MSCI 0.4% artaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bununla belə, inkişaf etməkdə olan ölkələrin ayrı-ayrı valyutaları aşağı likvidlik səbəbindən müxtəlif istiqamətlərdə hərəkət etmişdir. Dollar son iki ilin minimumuna yaxın ticarət edilib.
Bildirilir ki, investorlar ən çox riskli aktivlər alıblar. Ən çox Cənubi Koreya bençmarkı artıb – 2%, Hindistanın “Nifty 50” indeksi isə 0.6% yüksəlib.
Bazarlar Trampın Aİ tariflərini iyul ayına qədər təxirə salmasına reaksiya verib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Trampın söhbətindən sonra Avropa İttifaqı ticarət müharibəsindən qaçmaq üçün ABŞ ilə danışıqları sürətləndirməyə razılaşıb.
Dollar bu il populyarlığını itirir. İnvestorları Vaşinqtonun gözlənilməz ticarət siyasəti və artan büdcə kəsiri qorxudur ki, bütün bunlar Amerika aktivlərinin cəlbediciliyinə zərbə vurur.
Polşa zlotisi bazar ertəsi inkişaf etməkdə olan bazar valyutaları arasında ən çox qazanan olub. İnvestorlar fiskal siyasət və yeni vergilərdən narahat olduqları üçün Braziliya realı da aşağı düşüb.