2024-cü ildə “Asel Kredit” BOKT MMC-nin cəmi aktivlər 46.57% artımla 11 milyon manatı keçib.
Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.
Bu dövrdə ümumi öhdəliklər 85.80% yüksələrək 7.02 milyon manata çatıb. Kapital isə 6.90% artaraq 3.99 milyon manat olub.
BOKT-nin faiz gəlirləri ötən illə müqayisədə 7.51% artaraq 2.77 milyon manata çatıb. Kreditlər üzrə komissiya haqları 20.85% yüksələrək 2.1 milyon manat təşkil edib. Xərclər 25.49% artaraq 527.7 min manata yüksəlib. Xalis mənfəət 2024-cü ildə öncəki illə müqayisədə 25.32% artaraq 306.3 min manata çatıb.