19 C
Baku
Wednesday, June 18, 2025

Cənubi Koreya dünyanın ən böyük süni intellekt məlumat mərkəzini qurur

KİV-in məlumatına görə, dünyanın ən böyük çip istehsalçılarından biri olan “SK Hynix”in daxil olduğu Cənubi Koreyanın “SK Group” korporasiyası “Amazon Web Services”in bulud bölməsi ilə birlikdə Ulsanda süni intellekt (AI) sistemləri üçün ölkənin ən böyük məlumat emalı mərkəzini inşa edəcək. Layihədə “SK Group”un digər bölmələri də iştirak edəcək – telekommunikasiya operatoru “SK Telecom” və genişzolaqlı internet provayderi “SK Broadband”.

“SK Hynix” dinamik operativ yaddaş (DRAM) çiplərinin aparıcı istehsalçılarından biri kimi tanınır. “Counterpoint Research”in analitika hesabatına əsasən, “SK Hynix”in qlobal yüksək performanslı yaddaş bazarındakı payı birinci rübdə rekord 70%-ə çatıb. Bunun sayəsində istehsalçı qlobal DRAM bazarında ənənəvi sənaye lideri “Samsung Electronics”i qabaqlaya bilib.

Bu xəbər fonunda “SK Hynix” səhmləri 3% bahalaşaraq 25 ilin ən yüksək səviyyəsinə çatıb. Ümumilikdə şirkətin səhmləri ilin əvvəlindən 50% dəyər qazanıb.

Son xəbərlər
Digər xəbərlər