Azərbaycanın xariclə ticarət balansında 2025-ci ilin ilk 5 ayında 1.04 mlrd. ABŞ dolları profisit yaranıb.
Banker.az xəbər verir ki, ilkin göstəriciləri açıqlayan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
İlin ilk beş ayında ümumilikdə 11 mlrd. dollarlıq ixrac əməliyyatı baş tutub və bunun da 2.22 mlrd. dolları təkcə may ayının payına düşür.
İxracın 87.2 faizi xam neft və qazın payına düşür. Ümumilikdə keçən 5 ay ərzində 9.59 mlrd. dollar dəyərində neft-qaz məhsulları ixrac edilib ki, bunun da 5.64 mlrd. dolları xam neft, 3.83 mlrd. dolları isə təbii qazın payına düşüb.
Bu müddət ərzində Azərbaycan xaricə cəmi 1.41 mlrd. dollar həcmində qeyri-neft məhsulları ixrac edib. Bunun 291.39 mln. dolları da meyvə-tərəvzdir.