2025-ci ilin ilk rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artaraq 751.9 milyon dollar olub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin I rübü üzrə tədiyyə balansında qeyd edilir.
Azərbaycanın turizm xidmətləri üzrə ixracı 380.5 milyon dollar, idxalı isə 371.4 milyon dollar təşkil edib. Beləliklə, bu sahədə 9.1 milyon dollarlıq müsbət saldo (profisit) qeydə alınıb.
Hesabat dövründə xaricə səfər edən azərbaycanlıların sayı 0.7% artıb. Azərbaycana gələn xarici turistlərin sayı isə 1.1% azalıb.
Xarici ölkələrdə azərbaycanlılara göstərilən turizm xidmətlərinin dəyəri 371.4 milyon dollar olub ki, bunun da 79.2%-i şəxsi səfərlərlə bağlıdır.