20 C
Baku
Thursday, June 19, 2025

Putin və Si Cinpin arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında telefon danışığı olub. Rusiya liderinin köməkçisi Yuri Uşakov mətbuata bildirib ki, əsas müzakirə mövzusu Yaxın Şərqdə gərginləşən vəziyyət olub.

Qeyd edək ki, iki ölkə liderinin növbəti görüşü 31 avqust – 3 sentyabr tarixlərində Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində baş tutacaq.

Putin Si Cinpinlə telefon danışığı zamanı Rusiyanın İrana qarşı vasitəçilik səylərini həyata keçirməyə hazır olduğunu təsdiqləyib. Söhbət bir saata yaxın davam edib.

Son xəbərlər
Digər xəbərlər