25 C
Baku
Friday, June 20, 2025

“X” sosial şəbəkəsi investisiya funksiyasını işə salır

Sosial şəbəkənin baş direktoru Linda Yakkarino “Financial Times”a bildirib ki, “X” tətbiqi yaxın zamanda alış-veriş etmək və investisiya qoymaq funksiyalarını işə salacaq.

“Siz X-ə daxil ola və platformada bütün maliyyə həyatınızı idarə edə biləcəksiniz. İstər dünən paylaşdığımız o pizza üçün ödəniş edə, istər investisiya, istərsə də ticarət. Bu, gələcəkdir”, – Linka Yakkarino söyləyib.

Linda Yakkarino əlavə edib ki, şirkət 2025-ci ildə “X” kredit və ya debet kartlarını buraxmağı düşünür. “Financial Times”ın qeyd etdiyi kimi, bu dəyişikliklər “X”in sahibi İlon Maskın sosial şəbəkəni Çinin “WeChat” tətbiqinə bənzər universal proqrama çevirmək istəyini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər