“Azinvest Telecom Technology” QSC təşkilati-hüquqi formasını dəyişir.
Banker.az xəbər verir ki, “Azinvest Telecom Technology” QSC təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.
Xatırladaq ki, şirkət 18 may 2017-ci il tarixində yaradılıb. Əsas fəaliyyət sahəsi GPON (optik) şəbəkələrin tikintisi, fiber-optik magistral və bölüşdürmə xətləri, zədələnmiş xətlərin bərpası/baxımı, abunəçi qoşulmalarıdır.