ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə uğurla hücum edib, bütün təyyarələr öz hava bazalarına qayıdıb.
Bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.
“Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar”, – Tramp yazıb.