21 C
Baku
Sunday, June 22, 2025

Yəmən İran-İsrail münaqişəsinə qoşulacaq

Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib.

Bu barədə husi ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun”, – hərəkat qeyd edib.

Bir sıra teleqram kanalları Yəmənin Bab əl-Məndəb boğazını bağladığını bildirib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə yeni hücumlarla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib. O, bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər