Azərbaycan Mərkəzi Bankı tərəfindən 18 iyun 2025-ci il tarixində “ForFinance” MMC bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərmək üçün rəsmi lisenziya verildikdən sonra onun rəhbərliyi tam tərkibdə açıqlanıb.
Banker.az xəbər verir ki, Müşahidə Şurasına Salman Quliyev Əfqan oğlu sədrlik edir. Şuranın üzvləri isə Cəlal Məmmədov Oqtay oğlu və Amil Əliyev Rabil oğludur.
“ForFinance” MMC-nin icraedici rəhbəri (təkbaşna icra orqanı ilə) Azər Azadov Fikrət oğludur.
Eyni zamanda, Audit Komitəsinin sədri də Cəlal Məmmədovdur. Komitənin digər üzvləri Amil Əliyev və Novruzov Nicat Bulut oğludur
Qeyd edək ki, şirkətin lisenziya nömrəsi BKT-50 nömrəli lisenziya ilə qeydiyyata alınan bu yeni təşkilat Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 54, mənzil 41 ünvanında yerləşir.
Xatırladaq ki, BOKT “Forfinance” MMC 2025-ci ilin yanvarında 1 milyon nizamnamə kapitalı ilə yaradılıb.