18 C
Baku
Tuesday, June 24, 2025

Mərkəzi Bank “BakıKart”ın vəzifəli şəxsi cərimələdi – Məbləğ açıqlandı

Azərbaycan Mərkəzi Bankı “K Group” MMC-nin (BakıKart) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə AMB-dən məlumat daxil olub.

Bildirilir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş tələbin pozulmasına görə “K Group” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “K Group” MMC 2014-cü ildə təsis edilib və 23 milyon manat nizamanmə kapitalı var. Elektron pul təşkilatı 12 sentyabr 2024-cü ildə Mərkəzi Bankdan lisenziya əldə edib. Lisenziya verilmiş fəaliyyət növü  ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması; ödəniş əməliyyatının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası.

Şirkətin təkbaşına rəhbəri Məmməd Allahverdiyev Ənvər oğludur.

Son xəbərlər
Digər xəbərlər